
-
- 27-03-2025, 14:45
- 3 853
İran Azərbaycanla sərhəddə beton divar çəkir
İran hökuməti bir neçə ildir Əfqanıstanla sərhəddə q*çaqmalçılığın qarşısını ala bilməməsi, habelə Pakistandan davamlı olaraq silahlı dəstələrin ölkəyə girişini önləmək üçün beton divar çəkməyə başlayıb.
News24.az Tribunainfo.az-a istinadla xəbər verir ki, Tehran şərq sərhədlərində 150 km uzunluğunda ilk divarın inşasını başa çatdırıb.
İran Silahlı Qüvvələrin Sərhəd Qoşunlarının rəhbəri Rza Purxaqan deyib ki, proses şərq sərhədləri ilə yekunlaşmayacaq. Onun sözlərinə görə, gələn il qərb sərhədlərində də beton divar hörəcəklər.
Purxaqan onu da bildirib ki, İranın bütün quru sərhədlərində istinad divarları tikiləcək.
Qeyd edək ki, Azərbaycanla İran arasında sərhəddin uzunluğu 618 km-dir. Görünən odur ki, İran yaxın gələcəkdə bizimlə sərhəddə də beton hasar inşa edəcək.