Qaqauzların rəhbəri Ərdoğandan kömək istədi
    • 27-03-2025, 14:55
    • 419

Qaqauzların rəhbəri Ərdoğandan kömək istədi

Moldovada k**rupsiya ittihamı ilə saxlanılan Qaqauzun rəhbəri Yevgeniya Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana onun saxlanması ilə bağlı yaranmış vəziyyətdə dəstək üçün müraciət edib.

News24.az TASS-a istinadən xəbər verir ki, o, həmçinin qaqauz xalqının qanuni hüquqlarının müdafiəsinə ümid etdiyini bildirib: "Əminəm ki, qaqauz xalqının öz muxtariyyətini, kimliyini və gələcəyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bu kritik anda siz, cənab Prezident, bütün qardaş türk xalqı biganə qalmayacaq. Biz sizin səsinizə, nüfuzunuza, beynəlxalq dəstəyinizə arxalanırıq".

Qutsul müraciətini vəkilləri vasitəsilə aşıqlayıb, mətn onun Telegram kanalında dərc olunub.

Qaqauzun rəhbəri onun həbsinin uydurma ittihamlarla bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Moldovanın 30 il əvvəl Türkiyənin birbaşa vasitəçiliyi ilə Qaqauz ilə Moldova arasında bağlanmış sosial müqaviləni məhv etməyə yönəlmiş sistemli siyasətinin məntiqi davamıdır:

"Qaqauzun Türkiyəyə ehtiyacı var - uzun illər əvvəl Ankaranın səsi sülhün və ədalətin qorunmasına kömək edib. Bu gün biz yenə də Qaqauz xalqının qanuni hüquqlarının qorunması üçün müdaxilənizə ümid edirik".

O qeyd edib ki, Moldova hakimiyyəti beynəlxalq hüququn prinsiplərini və qaqauz xalqı ilə əvvəlki razılaşmaları pozaraq onları siyasi və ideoloji təzyiqlərə məruz qoyur, Türkiyə, Rusiya və digər strateji tərəfdaşlarla dostluq və mehriban qonşuluq tərəfdarı olanları da təqib edir.

Qeyd edək ki, bundan əvvəl Qutsul analoji müraciəti Rusiya prezidenti Vladimir Putinə ünvanlayıb./Musavat.com