
-
- 27-03-2025, 14:36
- 2 032
Cərrahi əməliyyatdan sonra polisin meyiti tapıldı
Qazaxıstanın Aktobe şəhərində polis əməkdaşının meyiti aşkarlanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Altın Orda mikrorayonunda evlərdən birində qeydə alınıb. Aktobe vilayətinin Polis İdarəsinin mətbuat xidməti bu məlumatları təsdiqləyib:
“Yaşayış yerində zorakı ölüm əlamətləri olmayan bir polis əməkdaşının meyiti tapılıb”.
Şöbədən onu da əlavə ediblər ki, polis cərrahi əməliyyatdan sonra müalicə alırmış.