Əkrəm İmamoğlunun vəkili saxlanıldı
    • 28-03-2025, 10:18
    • 539

Əkrəm İmamoğlunun vəkili saxlanıldı

İstanbul Baş Prokurorluğu k**rupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İBB sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivanı saxlayıb.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, evində saxlanılan Pehlivan sağlamlıq müayinəsi üçün Bayrampaşa Dövlət Xəstəxanasına aparılıb.

Daha sonra o, İl Təhlükəsizlik Müdirliyinə aparılıb.

Silivridəki Mərmərə Açıq Həbsxanasında saxlanılan İmamoğlu Pehlivanın saxlanmasına reaksiya göstərərək, “Vəkilimi dərhal azad edin” deyib./Publika.az