
-
- 28-03-2025, 11:09
- 293
Meydanda bıçaqlı hücum: Yaralılar var
Hollandiyanın paytaxtı Amsterdamın Dam meydanında bıçaqlı hücum nəticəsində ən azı 5 nəfər yaralanıb.
News24.az xəbər verir ki, yaralananlardan üçünün vəziyyətinin ağır olduğu öyrənilib.
Polis tərəfindən verilən açıqlamada bir şübhəlinin hadisə yerində saxlanıldığı və yerli vaxtla saat 15.20 radələrində baş verən hücumun məqsədinin hələlik məlum olmadığı bildirilib.
Onu da qeyd edək ki, yaralılardan birinin saxlanılan şübhəli şəxs olduğu bildirilib.
Günel Məlikzadə