
-
- 28-03-2025, 11:50
- 296
Rusiyaya yeni sanksiyalar hazırlanır
Avropa İttifaqı Rusiyaya qarşı növbəti - 17-ci sanksiyalar paketini formalaşdırmağa başlayıb.
News24.az xəbər verir ki, bu barədə “EUObserver” avropalı diplomatlara istinadla məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar üzərində iş başlayıb, lakin çox erkən mərhələdədir:
“Avropa İttifaqının xarici işlər xidməti və Avropa Komissiyası bununla bağlı işləyir və təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq”./Modern.az