Qadın müəllimdən şagirdinə qarşı əxlaqsız hərəkət - Anbarda onunla...

Qadın müəllimdən şagirdinə qarşı əxlaqsız hərəkət - Anbarda onunla... Dünya

Texasda yaşayan bir gənc keçmiş müəllimini cinsi istismarda ittiham edib.

News24.az xəbər verir ki, zərərçəkən şəxs 2016–2017-ci illərdə hazırda 46 yaşı olan Sesiliya Müllerin şagirdi olub.

İddialara görə, müəllimə “sevimli şagirdlər” adı ilə kiçik qrup yaradaraq onlarla etikadan kənar mövzularda söhbətlər aparıb və uyğunsuz videolar nümayiş etdirib. Bildirilib ki, o həmçinin yetkinlik yaşına çatmayanlarla “doğruluq, yoxsa cəsarət” oyunu oynayıb və tapşırıqlar arasında öpüşmə kimi hallar da yer alıb.

Zərərçəkənin sözlərinə görə, müəllimə məktəbin anbarında onunla cinsi xarakterli hərəkətlər edib. Hadisədən sonra qadının ondan baş verənlər barədə heç kimə danışmamağı və 18 yaşı tamam olduqdan sonra onunla əlaqə saxlamasını istədiyi iddia olunub.

Məlumata əsasən, 2016-cı ildə həmin şəxs başqa məktəbə keçərək fəaliyyətini davam etdirib və hadisə üzə çıxana qədər aşağı siniflərə dərs deyib.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır, digər mümkün zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. /Fox News/