Bu ölkədə dəhşətli zəlzələ: Ölənlərin sayı artır
    • 28-03-2025, 13:33
    • 966

Bu ölkədə dəhşətli zəlzələ: Ölənlərin sayı artır

Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Çin Seysmologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerin 30 kilometrliyində baş verib. İlk təkanlardan cəmi 12 dəqiqə sonra yenidən 6,4 bal gücündə zəlzələ olub.

Zəlzələdən ən çox ziyan çəkən qonşu Tailand olub. Banqkok şəhərində hündürmərtəbəli bina çöküb. Dağıntılar altında xeyli insanın qaldığı bildirilir.

Tailand hava limanı zəlzələ səbəbindən bağlanıb.

Yeraltı təkanlar Çin, Banqladeş, Laos və Hindistanda da hiss edilib.