Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
    • 28-03-2025, 15:27
    • 27 341

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib.

News24.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, T.Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb.

O, 2011-ci ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiyasıyasının sədri idi.

Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir. \\Editor.az