Tarixdə ikinci dəfə
    • 29-03-2025, 20:02
    • 639

Tarixdə ikinci dəfə


Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub. Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.