Saratovda təyyarə qəza enişi etdi
    • 30-03-2025, 01:30
    • 613

Saratovda təyyarə qəza enişi etdi


Rusiyanın Saratov şəhərində göyərtəsində sərnişinlərin olduğu təyyarə nasazlıq səbəbindən qəza enişi edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.

Təyyarə Saratovdakı Qaqarin hava limanına enib.

“Təyyarə komandiri nasazlığı görərək təcili eniş tələb edib. Təyyarə uğurla eniş edib, heç bir dağıntı aşkar edilməyib, tələfat yoxdur”, - idarədən bildirilib.