Qardaş ölkənin prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ
    • 2-04-2025, 11:37
    • 286

Qardaş ölkənin prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Pakistan prezidenti Asif Əli Zərdari səhhəti pisləşdiyi üçün Kəraçidəki xəstəxanada müalicə olunub.

News24.az xəbər verir ki, Zərdari yüksək hərarət səbəbindən şəhərdəki özəl xəstəxanalardan birinə aparılıb.

Pakistan Xalq Partiyasının (PPP) mənbələri Zərdarinin müalicə olunduğunu və həkimlərin onun səhhətinin vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələrin aparıldığını bildirib.

Xəstəxanaya icazəsiz girişlərə məhdudiyyət qoyulub. Eyni zamanda, kampus ətrafına hüquq-mühafizə orqanlarının əməkdaşlarının yerləşdirildiyi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

Günel Məlikzadə