Ronaldoya görə işsiz qala bilər
    • 30-03-2025, 13:30
    • 369

Ronaldoya görə işsiz qala bilər


“Əl-Nəsr” klubunun baş məşqçisi Stefano Pioli Səudiyyə klubundan ayrıla bilər.

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, 59 yaşlı mütəxəssis komandanın bəzi futbolçuları, xüsusən, Kriştiano Ronaldo ilə yola getmir. Bundan əlavə, 25 turdan sonra “Əl-Nəsr” 51 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb və bu, rəhbərliyi qane etmir.

Pioli İtaliyaya qayıda bilər. O, mövsümün sonunda Klaudio Ranyeri ilə yollarını ayıracaq “Roma”nın baş məşqçsi vəzifəsinə əsas namizədlərdən hesab olunur.

Stefano Pioli 2024-cü ilin payızından etibarən “Əl-Nəsr”i çalışdırır. O, daha əvvəl “Milan”, “Fiorentina”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo” və digər klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.