Məşhur firmanın çipsləri marketlərdən yığışdırılır - Qaytarıb pulunuzu alın - FOTO
    • 2-04-2025, 10:01
    • 639

Məşhur firmanın çipsləri marketlərdən yığışdırılır - Qaytarıb pulunuzu alın - FOTO

Dünyaca məşhur çips markasının populyar məhsulu geri çağırılır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, "Ruffles Sabor a Jamón Crisps" həyati təhlükə riski daşıdığı üçün təcili şəkildə geri çağırılır. Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) məhsulun etiketində alllergiya yaradan maddələrin düzgün qeyd olunmaması səbəbindən ciddi xəbərdarlıq edib.

Məlum olub ki, 3D Trading şirkəti tərəfindən satılan bu çpslər süd və soya tərkibli olsa da, qablaşdırmada bu barədə məlumat qeyd edilməyib. Bu isə süd və ya soya allergiyası olan şəxslər üçün ciddi sağlamlıq riski yaradır. Mütəxəssislər həmin insanların bu məhsulu qətiyyən istehlak etməməsini tövsiyə ediblər.

Geri çağırılan məhsullar

Məhsul: Ruffles Sabor a Jamón Crisps

Paketin çəkisi: 150 qram

Partiya kodları: Bütün partiyalar

Son istifadə tarixi: Bütün tarixlər

Satış bölgəsi: Şimali İrlandiya və Şotlandiya

Məhsulun qaytarılması və geri ödəniş

Alıcılar çek təqdim etmədən belə, məhsulu aldıqları mağazaya qaytararaq tam məbləğdə pulunu geri ala bilərlər.

Alergik reaksiyalar yüngül qızartılardan həyati təhlükəli anafilaksiyaya qədər dəyişə bilər. Ciddi simptomlar arasında boğazın, dilin və tənəffüs yollarının şişməsi, nəfəs almaqda çətinlik, başgicəllənmə, özündəngetməhissi və huş itkisi yer alır.