Netanyahu şərtlərini açıqladı
    • 30-03-2025, 17:30
    • 426

Netanyahu şərtlərini açıqladı



İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

Lent.az-ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, Binyamin Netanyahu deyib ki, Nazirlər Kabineti HAMAS-a təzyiqin gücləndirilməsini dəstəkləyib.

Baş nazir bildirib ki, İsrail atəş altında HAMAS-la danışıqlar aparır və bu, effektivdir. Binyamin Netanyahu qeyd edib ki, HAMAS-la girovların azad olunması və atəşin dayandırılması barədə razılaşmanın yekun mərhələsini müzakirə etməyə də hazırdırlar: “HAMAS silahı yerə qoymalıdır. HAMAS-ın liderlərinə Qəzza zolağını tərk etməyə icazə veriləcək. Biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcək və Qəzzadan könüllü immiqrasiya ilə bağlı Trampın planını reallaşdıracağıq. Bunu istənilən vaxt müzakirə etməyə hazırıq”.