Güclü külək ağacı qaz xəttinin üstünə AŞIRDI
    • 5-08-2019, 14:04
    • 763

Güclü külək ağacı qaz xəttinin üstünə AŞIRDI

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

News24.az APA-ya istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla  təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.