Snayperlərimiz növbəti mərhələyə HAZIRLAŞIR
    • 5-08-2019, 14:45
    • 565

Snayperlərimiz növbəti mərhələyə HAZIRLAŞIR

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.

News24.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu gün snayperlərimiz növbəti mərhələyə  hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər.

Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.