“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız FİNALA HAZIRDIR - VİDEO
    • 15-08-2019, 16:58
    • 1 009

“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız FİNALA HAZIRDIR - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a veriln məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.