
-
- 2-04-2025, 18:32
- 1 402
Əli Əsədov daha iki qərar imzaladı
Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü.
Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququ da ETSN-dən alınaraq ADSEA-ya verilib.
xxx
Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq.
İndiyə qədər bu işi ETSN Fövqəladə Hallar Nazirliyi (FHN), "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" və “Azərenerji” ASC-lərin iştirakı ilə hazırlayırdı.
Bundan başqa, ADSEA ETSN və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemlərini təsdiq edəcək.