Küləkli hava ilə bağlı ƏN SON məlumat
    • 5-08-2019, 22:16
    • 1 044

Küləkli hava ilə bağlı ƏN SON məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyinin sürəti barədə məlumat yayıb.
Departamentdən News24.az -a bildiriblər ki, avqustun 5-i saat 20:00-a olan məlumata görə, küləyin sürəti Sumqayıtda 22, Maştağada 38, Qum adasında 33, Cilov adasında 24, “Neft daşları”nda 26 metr/saniyəyə bərabər olub. Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrə çatıb.
Azərbaycanın bölgələrinə gəlincə, qərb küləyi Neftçalada saniyədə 33 metrədək güclənib.