Bakıda son ayların ən güclü küləyi əsir - FAKTİKİ HAVA
    • 5-08-2019, 17:38
    • 1 079

Bakıda son ayların ən güclü küləyi əsir - FAKTİKİ HAVA

Avqustun 5-i səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.

Azərbaycanın rayonlarında isə qərb küləyinin sürəti Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s,  Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.