Yol polisi sürücüyə avtomobilin təkərini dəyişməkdə belə kömək etdi – VIDEO
    • 10-08-2018, 18:31
    • 1 433

Yol polisi sürücüyə avtomobilin təkərini dəyişməkdə belə kömək etdi – VIDEO

Dünən Qaradağ rayonu ərazisində, magistral yoldakı sərt döngədə 25 BJ 134 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin təkəri partlayıb.

Sürücü avtomobili yolun sağına çəkərək ehtiyyat təkəri dəyişmək istəyib. Lakin 110 km/s sürət olan magistral yolun sərt döngəsində bunu etmək çətinlik yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Alayının 6-cı tağımının baş inspektoru Namiq Əzimov hadisə yerinə yaxınlaşıb. YPX avtomobilini saxlayaraq yolun təhlükəsizliyini təmin edib. Eyni zamanda YPX inspektoru sürücüyə avtomobilin təkərini dəyişməkdə yardım edib.

Təxminən 2 saata yaxın günün altında qaldıqları üçün avtomobildə olan sərnişinlərin halının pisləşəcəyindən ehtiyat edən Namiq Əzimov onları Qaradağ rayonu ərazisindəki YPX postuna dəvət edib.

Sürücü və sərnişinlərə sərin su və çay verilib. Onların əl-üzlərini yumağa şərait yaradılıb. Daha sonra avtomobil yoluna davam edib.

Hadisənin videosunu təqdim edirik:

avtosfer.az