Türkiyəli məşhur cütlükdən YENİ XƏBƏR
    • 3-04-2025, 15:33
    • 237

Türkiyəli məşhur cütlükdən YENİ XƏBƏR

17 sentyabr 2024-cü ildə İtaliyada evlənən Pınar Dəniz və Kaan Yıldırım qısa müddət sonra uşaq gözlədiklərini açıqlayıb.

News24.az xəbər verir ki, Pınar Dəniz və Kaan Yıldırım, keçən il İtaliyanin Roma şəhərində toy ediblər. 

Evləndikdən sonra Paris Moda Həftəsində dünyaca məşhur adlarla səhnəyə çıxan Pınar Dəniz verdiyi pozalarla hamilə olduğunu açıqlayıb. Cütlük bu yaxınlarda Maslakdakı özəl xəstəxanada oğullarını qucağına alaraq valideyn olma həyəcanını yaşayıb.

 Qeyd edək ki, bir neçə gün əvvəl oğullarına qovuşan məşhur cütlük körpələrinə Fikrət Hakan adını verib.