
-
- 8-04-2025, 02:14
- 492
Yanacağa endirim gəldi – Son qiymətlər belədir
Qlobal enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunur. Bu tendensiya Gürcüstanda da yanacaq qiymətlərinə təsir etməyə başlayıb.
News24.az aktual.ge-ya istinadla xəbər verir ki, son ticarət məlumatlarına əsasən, WTI markalı xam neftin qiyməti 61.99 ABŞ dollarına enib ki, bu da 7.41%-lik azalmaya işarə edir. Brent markalı neftin qiyməti isə 6.5% azalaraq 65.58 dollara düşüb.
Qiymət azalması Gürcüstanın daxili bazarında da özünü göstərməkdədir. Ötən həftədən etibarən bir sıra brend yanacaqdoldurma məntəqələrində qiymətlər 5-10 tetri aralığında endirilib.
Daha ətraflı olaraq, hazırda Gürcüstan ərazisində brend yanacaqdoldurma məntəqələrində olan yanacaq qiymətlərini təqdim edirik:
SOCAR:
Nano Super – 3.50 lari
Nano Premium – 3.10 lari
Nano Euro Regular – 2.93 lari
Euro 5 Dizel – 3.04 lari
Nano Euro 5 Dizel – 2.95 lari
Gulf:
G-Force Super – 3.53 lari
G-Force Premium – 3.13 lari
G-Force Euro Regular – 3.03 lari
Euro Regular – 3.93 lari
G-Force Euro Dizel – 3.09 lari
Rompetrol:
Efix Super – 3.63 lari
Efix Euro Premium – 3.19 lari
Euro Regular – 2.99 lari
Efix Euro Dizel – 3.15 lari
Euro Dizel – 3.05 lari
Wissol:
Eko Super – 3.52 lari
Eko Premium – 3.12 lari
Euro Regular – 2.95 lari
Euro Dizel – 2.99 lari
Eko Dizel – 3.07 lari
Dizel Energy – 2.94 lari
Portal:
Premium – 2.79 lari
Euro Regular – 2.59 lari
Euro Dizel – 2.69 lari