
-
- 4-04-2025, 05:09
- 614
Saqqız çeynəyənlərə bəd xəbər
Saqqız çeynəməyin daha bir zərəri açıqlanıb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, sadəcə bir saat boyunca saqqız çeynəmək tüpürcəkdə 250 min mikroplastikin toplanmasına səbəb olur. Yəni, saqqız yox, 250 min mikroplastik çeynəmiş oluruq.
Bu barədə araşdırma Şimali İrandiyanın Queen’s universitetində aparılıb və nəticələr “Journal of Hazardous Materials” da dərc edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saqqız çeynəyən zaman orqanizmə zərərli maddələr yığılır.
Mikroplastiklər daha böyük plastik məhsulların parçalanması nəticəsində yaranan kiçik plastik hissəciklərdir. Onlar sintetik parçalar kimi mənbələrdən yayılır. Araşdırma zamanı mikroplastiklərin zamanla daha da kiçik hissəciklərə bölünərək nanoplastiklərə çevrildiyi və onların tüpürcəkdə aşkar edildiyi müəyyən olunub.
Queen’s Universitetinin Qlobal Qida Təhlükəsizliyi İnstitutundan Dr. Cuong Cao mikro və nano plastik zəhərlənmənin qlobal problem olduğunu bildirib. Onun dediyinə görə saqqız çeynəmək orqanizm üçün zərərli olan plastik miqdarına ciddi şəkildə təsir edir.