
-
- 3-04-2025, 19:15
- 388
Kiyevin mərkəzində GÜCLÜ partlayış - Ölənlər var
Kiyevin Desnyanski rayonundakı bazarda mağazalardan birində qumbara partlayıb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi Facebook-da məlumat yayıb ( Rusiyada qadağan olunmuş sosial şəbəkə; Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş Meta korporasiyasına məxsusdur ).
Müəyyən edilib ki, mağazada partlayış qumbaranın işə salınması nəticəsində baş verib: “Baş İdarənin partlayıcılar otağında döyüş sursatı parçaları aşkar edilib”.
Qeyd olunur ki, partlayış 59 və 60 yaşlı iki nəfərin həyatına son qoyub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi açıb.
Aqil