Goranboyda ağır qəza - Ölən və yaralananlar var
    • 4-04-2025, 00:07
    • 1 145

Goranboyda ağır qəza - Ölən və yaralananlar var


Goranboyda ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü S. Rzayev ölüb, 1987-ci il təvəllüdlü S. Tağıyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.