
-
- 4-04-2025, 10:03
- 774
“Saçını kəs, dağa gəl...” - İtən məktəblinin nənəsi
Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanovanın itkin düşdüyü ilə bağlı məlumat vermişdik.
News24.az xəbər verir ki, azyaşlının nənəsi deyib ki, onun çantasından ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb:
“Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırmışdılar. Dedilər dəftərində qeyri-adi şeylər yazıb. Özünlə paltar, şirniyyat, su götür, saçını kəs. Biz hara desək ora gəl, dağlıq əraziyə gəl”.
Ətraflı “ATV Xəbər”in süjetində:
Qeyd edək ki, həmin şagird artıq tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz rayonuna gətirilib. Hazırda onun ailəsinə təhvil verilməsi gözlənilir.