“Qarabağ”da ciddi itki
    • 7-04-2025, 05:30
    • 799

“Qarabağ”da ciddi itki


Azərbaycan Premyer Liqasının 29-cu turunda “Zirə” ilə qarşılaşan “Qarabağ”ın heyətində ciddi itki olub. 

“Qafqazinfo” xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Kadi Borges zədələnib. 

O, 53-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Kadinin yerinə Aleksey Kaşuk meydana daxil olub. 

Qeyd edək ki, hazırda davam edən matçda “Qarabağ” 1:0 üstünlüyə malikdir. Yeganə qolu da Kadi cərimə zərbəsindən vurub.