"Anam xəyanəti bağışlayıb" BACILARDAN ŞOK AÇIQLAMA
    • 5-04-2025, 01:36
    • 517

"Anam xəyanəti bağışlayıb" BACILARDAN ŞOK AÇIQLAMA

"Kişi səhv etmək, qadın isə ona göz yummaq üçün yaranıb".

 News24.az Lent.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Sevinc Səfərova "Gün ortası" verilişində deyib. Sənətçi kişi xəyanətindən danışıb:

"Deyəndə, kişi xəyanətini bağışlayarsan, bağışlayaram. Çünki anamdan onu görmüşəm. Anam da bağışladığı üçün peşman deyil. 3 övladı və 3 nəvəsi var. Anamın verdiyi tərbiyəyə görə, dünyaya yaxşı baxıram".

Atasının anasına xəyanət etməsindən söz açan Sevinc ögey bacısından bəhs edib:

"Ögey bacımız var, görmürük onu. Amma doğulandan ondan xəbərimiz var. Anam da ondan xəbərdardır. Qardaşımın yaşadığı şəhərdədir, onlar görüşür. Gəlinimiz də onunla görüşüb".