Paşinyanın tərəfdarları Köçəryanın adamı döydü - Video
Hadisə
Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının iştirakı ilə insident baş verib.
News24.az xəbər verir ki, hadisə Artik şəhərində yaşanıb.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından deputatlığa namizəd Janna Asatryanın oğlu Sipan dostları ilə birlikdə ölkənin keçmiş prezidenti Robert Köçəryanın blokunun nümayəndəsi Akop Arutyunyanı döyüblər.
Hadisə dünən baş versə də, görüntülər sosial şəbəkələrdə bu gün yayılıb.
Yerli KİV-in məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin Polisi insidentlə bağlı məlumat aldığını və işi Ermənistan İstintaq Komitəsinə göndərdiyini bildirib.
Məlumatda qeyd olunur ki, hadisə Janna Asatryanın gözü qarşısında baş verib. /Sputnik Ermənistan/