Yeniyetmə nənəsinin üzərinə QAYNAR SU TÖKDÜ
    • 4-04-2025, 20:00
    • 343

Yeniyetmə nənəsinin üzərinə QAYNAR SU TÖKDÜ

Rusiyada dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib. Belə ki, yeniyetmə nənəsi ilə mübahisə edib. Bundan sonra yaşlı qadın özünə çay süzüb, nəvəsi isə onun yanına gələrək, üzərinə stəkandan qaynar su töküb. 

Nəticədə zərərçəkmiş tibb müəssisəsinə aparılıb. Həkimlər ona baş, döş qəfəsi və boyun nahiyəsinin ikinci dərəcəli yanıq diaqnozu qoyublar. 

Qeyd edək ki, yaşlı qadının bədəninin 14%-i zədələnib.

Nuray