Windows 11-də dəyişikliklər aşkar edildi
    • 4-04-2025, 20:50
    • 225

Windows 11-də dəyişikliklər aşkar edildi

Microsoft şirkəti yeni Başlat menyusu dizaynını sınaqdan keçirməyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə "phantomofearth" ləqəbli istifadəçi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib. İstifadəçinin sözlərinə görə, əməliyyat sistemində, indi Windows tərəfindən təklif olunan proqramlar və faylları ilə "Tövsiyə olunan" bölməsini həmişəlik söndürə və yalnız sabitlənmiş proqram qısa yollarını tərk edə bilərsiniz.

Qeyd edək ki, yenilik Enterprise E3, E5, F3, həmçinin "Windows 365 Enterprise" və təhsil "Windows 11 Education" A3, A5 istifadəçiləri üçün əlçatandır. Windows Hotpatch hələ də “adi” Windows 11 Home və Professional sistemlərində tətbiq olunmayıb. 

Windows Central, Microsoft-un dünya üzrə bir milyarddan çox istifadəçiyə təsir edəcək yeni giriş sistemini təqdim etməyi planlaşdırdığını bildirib. İstifadəçilərə daxil olmaq üçün biometrik keçid açarları təklif olunacaq ki, bu da təhlükəsizliyi yaxşılaşdıracaq, fişinq və hakerlik riskini azaldacaq və giriş prosesini sadələşdirəcək.

Nuray