
-
- 5-04-2025, 16:12
- 417
Onunla danışdım, rüsumu sıfırlamaq istəyir - Tramp
Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə məhsuldar bir telefon danışığı oldu. Mənə dedi ki, razılığa gələ bilsə, tarifləri sıfra endirmək istəyir. Ona təşəkkür etdim və yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi söylədim.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Tramp Vyetnamdan idxal edilən mallara 46% rüsum tətbiq edib.