Ermənilər çətin seçim qarşısında: bu dəfə kimin ətəyindən yapışsınlar?
    • 5-04-2025, 18:36
    • 441

Ermənilər çətin seçim qarşısında: bu dəfə kimin ətəyindən yapışsınlar?

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri SergeyKopırkinin İrəvanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)fəaliyyətinə qoşulmağa çağırması təkcə Rusiyanın cari xaricisiyasət doktrinasını əks etdirmir, həm də Ermənistanın Qərbəyönələn meylləri fonunda Moskvanın strateji narahatlığının siqnalıdır. Postsovet məkanının cənub cinahında müşahidə olunan ciddi təlatümlər fonunda Kreml erməni mövqeyini tam itirmək istəmirvə bu kontekstdə ŞƏT yumşaq məcburetmə vasitəsi kimi əlverişli vəçevik bir alət sayılır.

“Şanxay Əməkdaşlıq Təşkilatının işinə digər ölkələrin, ocümlədən, Ermənistanın qoşulmasını vacib sayırıq”, – deyə Kopırkin bildirib. O, bu bəyanatla, geosiyasi sərhədlərini qorumaq üçüngetdikcə daha çox diplomatik təzyiq alətlərinə müraciət edən bir dövlətin adından çıxış edib. Onun sözləri Rusiyanın Ermənistanınxarici siyasət kursuna nəzarəti qorumaq üçün həyata keçirdiyi ardıcıl strategiyanın tərkib hissəsidir. Bu isə, xüsusən də son dövrlərdə İrəvanın Avropa ilə fəallaşan təmasları fonunda daha daön plana çıxır.

Səfirin bəyanatı, eyni zamanda, həm dəvət, həm xəbərdarlıq, həmdə Rusiyanın İrəvanın Qərbə yönəlmək cəhdlərinin qarşısını almaqüçün ŞƏT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vəAvrasiya İqtisadi İttifaqı (Aİİ) kimi platformalardan istifadəetməyə hazır olduğuna açıq-aşkar xatırlatmadır.

Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri2015-ci ilə gedib çıxır. Həmin il ölkə dialoq üzrə tərəfdaş statusu alıb. Bu status 2016-cı ildə rəsmi şəkildə təsdiqlənsə də, sonrakı illərdə əməkdaşlıq əsasən formal xarakter daşıyıb. Dəyişiklik 2024-cü ilin iyununda baş verdi. Həmin vaxt baş nazir Nikol Paşinyan İrəvanda ŞƏT-in baş katibi Çen Minlə görüşdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi. İyulda isə Ermənistan müşahidəçi statusu almaq üçün rəsmi müraciət etdi. Bu istiqamətdəki dəyişikliklər təkcə xarici siyasət vektorlarının balanslaşdırılması istəyi ilə deyil, həm də obyektiv maraqlarla izah olunur.

Azərbaycan ərazilərinin 20 faizinin təqribən 30 il davam edənişğalına son qoyulması və İrəvanın Moskva ilə münasibətlərin xeylisoyumasından sonra Ermənistan beynəlxalq arenadakı mövqeyiniyenidən nəzərdən keçirməyə çalışır. ŞƏT-ə qoşulmaq İrəvanaMoskvadan asılı, incik müttəfiq imicindən çıxaraq, Avrasiya gücləriilə əməkdaşlığa açıq, fəal regional aktora çevrilmək fürsətiverir.

Həmçinin, ŞƏT-ə üzvlük Ermənistanı Çin, Hindistan, Pakistan,İran və Mərkəzi Asiya bazarlarına çıxışla təmin edir. Bu isə yenilogistika və investisiya imkanları deməkdir. Xüsusilə də Aİİ-dəüzvlüyün iqtisadi effektinin tədricən azalması fonunda bu daha daaktuallaşır.

ŞƏT Nizamnaməsinin 1-ci və 2-ci maddələrinə əsasən, təşkilatınəsas məqsədlərindən biri regionda sülhün, təhlükəsizliyin vəsabitliyin möhkəmləndirilməsidir. Azərbaycanın iqtisadi, siyasi,geosiyasi və geoiqtisadi imkanlarının fasiləsih artımı fonundaözünü zəif hiss edən Ermənistan üçün ŞƏT birbaşa təhlükəsizlikzəmanətləri təqdim etməsə də, Çin və İran kimi ölkələrin iştirakıilə kollektv diplomatiya platforması rolunu oynaya bilər.

Moskva üçün Ermənistanın ŞƏT-də iştirakının genişləndirilməsixoş niyyət jesti deyil, siyasi zərurət aktıdır. İrəvanın bustruktura cəlb edilməsi Rusiyanın Ermənistanı təsir dairəsindəsaxlamaq strategiyasının bir hissəsidir. Xüsusilə də KTMT xəttiüzrə yaşanan uğursuzluqlar fonunda, bu məsələlər Ermənistancəmiyyətində ciddi tənqidlərə səbəb olmuşdu.

Kopırkinin bəyanatında hələlik üstüörtülü, amma yetərincə sərttəhdid elementləri də sezilir: “Bizim mövqeyimiz ŞƏT-in özfəaliyyətində rəhbər tutduğu prinsiplər, yəni çoxqütblü dünyaprinsipləri ilə üst-üstə düşür”. Burada “çoxqütblülük” anlayışıəslində anti-Qərb xəttinin şifrəli ifadəsidir və İrəvandan bu kursaaçıq şəkildə sadiqlik gözlənilir.

Təzyiq mexanizmlərinin nələrdən ibarət ola biləcəyinitəxminləmək üçün Rusiya baş nazir müavini Aleksey Overçukunsəsləndirdiyi “iki stulda oturmaq mümkün deyil” ritorikasını,habelə Rodion Miroşnikin Ukrayna ilə bağlı gətirdiyi “Ukraynaçoxdan Konstitusiyasına Aİ və NATO-ya inteqrasiyanı yazıb...Düşünürəm ki, bu analoqlardan siyasətçilər nəticə çıxarmalıdır...”bənzətmələrini xatırlamaq yetər.

Beləliklə, ŞƏT-ə qoşulma Avropa inteqrasiyasına alternativ vəErmənistanın Aİİ və KTMT-dən çıxışına maneə kimi təqdim edilir.

Ermənistan-Avropa təmaslarının aktivləşməsi, o cümlədən Aİ iləyeni saziş üzrə danışıqlar, Avropa Komissiyasının yardımı vəRusiyaya qarşı sanksiyalarla bağlı formal dialoqun başlanması,Ermənistanın ŞƏT-ə üzvlüyünü Qərb tərəfdaşlarının gözündəçətinləşdirir. “Aİİ və ya Aİ” dilemması getdikcə daha kəskinxarakter alır və Moskva İrəvandan konkret mövqe gözləyir.

Bu arada Qərb Ermənistanı post-sovet məkanında öz uğurlusiyasətinin potensial “vitrini” kimi nəzərdən keçirir. Амма dəstəkresursu məhduddur və NATO-ya üzvlükdən fərqli olaraq, İrəvana heçkim ciddi təhlükəsizlik zəmanətləri vermir.

Mümkün ssenarilərə gəldikdə isə ŞƏT-ə açıq inteqrasiya və Aİ iləformal dialoqun qorunması ən real kompromis variantdır. Qərbə doğrukəskin dönüş, Rusiya ilə münasibətlərin qırılması və Aİİ/KTMT-dənçıxışsa Moskvanın sərt reaksiyası riski ilə müşayiət olunantəhlükəli yoldur. Bloklar arasında balanslaşdırma isə manevrimkanını saxlayır, lakin xarici şəraitin pisləşməsi halında buyanaşma uzunmüddətli ola bilməz.

Ermənistan tərəddüd edərkən, Azərbaycanla, Gürcüstan və Türkiyədaha aydın addımlar atır. 2024-cü ilin iyulunda Azərbaycan dialoqtərəfdaşından müşahidəçi statusuna keçmək üçün ŞƏT-ə rəsmi müraciətetdi. Bu addım Bakı tərəfindən beynəlxalq mövqeləriningenişləndirilməsi, Çinlə əlaqələrin dərinləşdirilməsi, xüsusiləTransxəzər marşrutu üzərindən Şərq-Qərb logistika koridorlarınınmöhkəmləndirilməsi strategiyasının tərkib hissəsidir.

Türkiyə isə öz növbəsində ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətinibəyan etdi ki, bu da Ankaranın Avroatlantik modeldən Avrasiyaistiqamətinə yönəldiyini simvolik şəkildə göstərir. PrezidentƏrdoğan bir daha vurğuladı: “ŞƏT alternativ deyil, tamamlayıcıdırvə çoxqütblü dünyanın yeni reallıqlarını əks etdirir”. Məzkuryanaşma faktiki olaraq Şərq və Qərb inteqrasiyaları arasındakıideoloji sərhədləri yumşaldır və çevik diplomatik manevrlər üçünyeni imkanlar yaradır.

Əgər İrəvan kənarda qalarsa, əsas regional proseslərdən uzaqdüşəcək və bu, onun siyasi subyektivliyini azaldacaq. ÇünkiErmənistan coğrafi mövqeyinə görə ŞƏT-i regional dialoqunplatformasına çevirmək imkanı əldə edə bilərdi, lakin vaxt itkisionun əleyhinə işləyir. Ümumiyyətlə, unutmayaq ki, ŞƏT çərçivəsindəTürkiyə, Azərbaycan, İran və Çin arasında mümkün yaxınlaşma bölgədəyeni təsir sisteminin formalaşmasına gətirib çıxara bilər ki, bu daErmənistanı periferiyaya çevirə bilər.

Beləliklə, ŞƏT-də iştirak artıq ideoloji seçim deyil, praktikizərurətdir. Söhbət regional təsir infrastrukturuna çıxışdan gedir.Bu sistemdə iştirak alət qazandırır, kənarda qalmaq isəmarjinallaşmaya gətirib çıxarır.

Kopırkinin bəyanatı yalnız aysberqin görünən hissəsidir. Onunarxasında isə Rusiya, Qərb, Çin, Türkiyə və İran arasında XXI əsrdəCənubi Qafqaza nəzarət uğrunda gedən daha genişmiqyaslı mübarizədayanır.

Cənubi Qafqaz bu gün Şərq və Qərb arasında nəqliyyat qovşağı,enerji tranziti üçün mühüm dəhliz, həmçinin, rus, fars və türksivilizasiyalarının strateji təmas zonasıdır.

Ermənistan bu regionda Rusiyanın son ənənəvi müttəfiqidir. Onun“ayrılması” Moskva üçün təkcə hərbi tərəfdaşın deyil, bütövlükdəgeosiyasi cinahın itirilməsi deməkdir. Buna görə də Rusiya ŞƏT,KTMT və Aİİ kimi bütün inteqrasiya platformalarından çəkindirmə vəməcburetmə alətləri kimi istifadə etməyə çalışacaq.

Bu arada, elə ŞƏT-in özü də transformasiya mərhələsindədir. O,regional təhlükəsizlik mexanizmindən genişmiqyaslı stratejiəməkdaşlıq platformasına çevrilir. İranın 2023-cü ildə təşkilataqəbul olunması, Belarusun mümkün üzvlüyü və Türkiyənin müraciətiŞƏT-i Qərb bloklarına alternativ qitəvi ittifaqa çevirmək üçünzəmin yaradır.

Ermənistan isə strateji seçim qarşısındadır: güc mərkəzləriarasında “boz zona”da qalmaq, yoxsa ideoloji çərçivələrin deyil,realizm və praqmatizmin üstünlük təşkil etdiyi yeni Avrasiyaarxitekturasına inteqrasiya etməyə çalışmaq.

Rusiya açıq şəkildə bildirir: o, ŞƏT-i Ermənistanın Qərbləyaxınlaşmasının qarşısını almaq üçün daha bir baryer kimi görür.“İrəvanın yekun qərarı Rusiyanın maraqlarına uyğun olmalıdır” –Moskvanın səssiz ultimatumu belə səslənir.

Mövcud durumda Ermənistanın Aİ və ŞƏT arasında manevr cəhdləriKreml tərəfindən, xüsusilə Ukrayna nümunəsi fonunda, Rusiya millitəhlükəsizliyi üçün təhdid kimi qəbul ediləcək. Lakin Şərqə – yəniŞƏT-ə doğru açıq dönüş də risklər daşıyır. Ən başlıcası isə Moskvavə Tehrana daha da artan asılılıqdır.

Ermənistan üçün mümkün çıxış yolu praqmatik və çevik siyasət olabilər. Bu siyasətdə ŞƏT iqtisadi və siyasi platforma kimi istifadəolunur, Qərb isə islahatlar və demokratikləşmə sahəsində əsastərəfdaş olaraq qalır.

Fəqət Aleksey Overçukun düzgün qeyd etdiyi kimi, “iki stuldauzun müddət oturmaq” mümkün deyil.

Cənubi Qafqaz yeni təsir zonalarının bölüşdürülməsi mərhələsinəqədəm qoyur. Və bu gün xarici siyasətdə müstəqillik yalnızbəyanatlarla deyil, strateji peşəkarlıqla müəyyən olunur.Ermənistan bu təzyiqə tab gətirə və öz unikal mövqeyindən faydaçıxara biləcəkmi – bunu artıq yaxın bir il göstərəcək.

İrəvanın düşünmək üçün vaxtı sürətlə tükənir.

Elçin Alıoğlu

az.trend.az