
-
- 5-04-2025, 11:50
- 310
"Alimlərimizə qarşı hörmət yoxdur"
"Təssüflə qeyd edirəm ki, çox insanlarda alimlərimizə qarşı hörmət yoxdur".
News24.az xəbər verir ki, bu sözləri yazıçı Müşfiq Abbasov öz feysbuk hesabında paylaşıb. Tanınmış yazıçı vəı hüquqşünas sözlərinə belə davam edib:
"Dünən professor Məhəbbət Dəmirçiyevanın müsahibəsini paylaşmışam. Bəziləri yazır ki, siz alim olub nə etmisiniz?, və yaxud hansı dünya şöhrətli alimlərimiz var?.
Əvvəla, Məhəbbət xanım hüquq elmləri doktorudur. Bakı Dövlət Univerisitetinin hüquq fakültəsində minlərlə tələbəyə dərs verib, ikincisi hər alimin öz sahəsi var. Məhəbbət xanım ailə hüququ sahəsində ölkəmizdə ilk xanım professordur. Onun ürək ağrısı ilə çıxış etməsini də yaxşı başa düşürəm. Dünyaya səs salan alimlərimizə gəldikdə isə sadəcə birini deyim: professor Rafiq Əliyev...hansıki elmi əsərləri Yaponiyadakı ali məktəblərdə tədris olunur. Aliminə hörmət qoymayan millət inkişaf edə bilməz".