Ronaldo qollarını 931-ə yüksəltdi
    • 5-04-2025, 21:00
    • 309

Ronaldo qollarını 931-ə yüksəltdi

Səudiyyə Ərəbistanı Liqasında 26-cı turun matçları keçirilir.

News24.az xəbər verir ki, Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” “Əl-Hilal”ın qonağı olub və 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində “Əl-Nəsr” 54 xalla (26 oyun) 3-cü pillədəki yerini qoruyub. Lider “Əl-İttihad”ın 61 (25 oyun), ikinci yerdəki “Əl-Hilal”ın 57 xalı (26 oyun) var.

Qeyd edək ki, Kriştiano Ronaldo dünənki qarşılaşmada iki qolun müəllifi olub. 40 yaşlı portuqaliyalı futbolçi 47 və 88-ci dəqiqədə (penaltidən) fərqlənib.

Bələliklə, futbol tarixinin ən yaxşı bombardiri olan Ronaldo bununla peşəkar karyerasındakı qolların sayını 931-ə çatdırıb./qol.az