
-
- 5-04-2025, 13:12
- 410
Xəyalə Qurbanova saxlanılıb?
Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin baldızının saxlanılması ilə bağlı məlumat yayılıb.
News24.az APA-ya istinadən xəbər verir ki, həbsdə olan S.Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar var.
İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, X.Qurbanova hər hansı polis orqanına dəvət olunmayıb və aparılmayıb.