
-
- 5-04-2025, 14:05
- 653
Bakıda liftdə qalan gənclərin xilasedilmə anı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Sülh küçəsində doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu haqda News24.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.