Şimali Kuril adaları sahillərində zəlzələ baş verib
    • 5-04-2025, 14:42
    • 343

Şimali Kuril adaları sahillərində zəlzələ baş verib

 Şimali Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

News24.az bildirir ki, Episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 158 kilometr cənubda ,41 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı verilməyib və Kuril adalarının sakinləri zəlzələ hiss etdiklərini bildirməyiblər.

Qeyd edək ki, aprelin 4-ü axşam saatlarında Papua Yeni Qvineyanın sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ 18 mindən çox əhalisi olan Kimbe şəhərinin cənub-şərqində qeydə alınıb. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə yerləşib.

Səma