
-
- 12-04-2025, 17:40
- 529
“Milan” səfərdə rəqibini darmadağın etdi - VİDEO
İtaliya A Seriyasında 32-ci tura start verilib.
News24.az xəbər verir ki, açılış matçında "Udineze" doğma meydanda "Milan"ı qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 51-ə yüksəldən "Milan" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 40 xalı olan "Udineze" isə 11-ci yerdədir.
Udineze - Milan 0:4
Qollar: Rafael Leao, 42, Strahinya Pavloviç, 45, Teo Ernandes, 74, Ticani Reynders, 81./Bizim.Media