Bu plan İrəvanın Kremli şantaj cəhdidir
    • 6-04-2025, 14:42
    • 591

Bu plan İrəvanın Kremli şantaj cəhdidir


Ermənistan Avropa Birliyinə (AB) üzv olmaqla bağlı sənədi Rusiya qarşısında şantaj vasitəsi kimi istifadə etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

Tarasov əlavə edib ki, İrəvanın bu addımları qarşıdan gələn seçkilərlə bağlı ola bilər – Prezident Xaçatryan bu qanunu imzalamaqla Qərbdəki tərəfdaşlarına sədaqətini nümayiş etdirir.

Bununla belə, politoloq vurğulayıb ki, Avropa Ermənistana real maraq göstərmir. Tarasovun fikrincə, Avropa ölkələri İrəvanı yalnız Moskvaya qarşı bir vasitə kimi görür.

Qeyd edək ki, Ermənistan prezidenti ölkənin AB-yə üzvlüyə başlama prosesini nəzərdə tutan qanunu imzalayıb.