Zakir Həsənov Antalyada Gülərlə görüşdü - VİDEO

Zakir Həsənov Antalyada Gülərlə görüşdü - VİDEO Siyasət

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Antalyada Gülərlə görüşdü - VİDEO