
-
- 6-04-2025, 17:21
- 690
Azərbaycanlı diaspor nümayəndəsi Ukraynada həlak oldu
Poltava vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.
News24.az Report-a istinadla xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M.Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində ölüb.
Babayev Poltavada dəfn olunacaq.