SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu ərazidə rənglənmə işləri aparılır
    • 6-08-2019, 17:18
    • 731

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu ərazidə rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, qurum xətlərin rənglənməsi ilə bağlı sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.