Daha 28 “Starlink” internet peyki orbitə çıxarıldı
    • 6-04-2025, 22:06
    • 562

Daha 28 “Starlink” internet peyki orbitə çıxarıldı


“Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını tamamlamaq üçün 28 minipeykdən ibarət partiya uğurla orbitə çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb.

Məlumata əsasən, peyklər “Falcon 9” daşıyıcı raketi ilə orbitə uğurla çıxarılıb.

Raketin buraxılışı şənbə günü Floridada Kanaveral burnundakı Amerika Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.

Qeyd edək ki, 2019-cu ilin may ayından bəri “Starlink” layihəsi çərçivəsində “SpaceX” şirkəti artıq 8,2 mindən çox peyk buraxıb. Hazırda təxminən 7,2 min aparat orbitdə işlək vəziyyətdədir. Digərləri isə ya sıradan çıxıb, ya da orbitdən sürüşüb.