-
- 6-08-2019, 17:50
- 687
AMEA-nın “Elm” nəşriyyatının yeni loqosu və şüarı açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib.
News24.az-ın xəbərinə görə, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovun verdiyi açıqlamaya görə, müəssisənin korporativ imicinin yenilənməsi istiqamətində işlər ““AMEA”-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün
Tədbirlər planı”na uyğun olaraq həyata keçirilir: ““Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur.
“Elm” nəşriyyatı bu yola işıq tutacaq fundamental, tətbiqi və eksperimental tədqiqatların nəticəsi olan sanballı akademik nəşrlərlə yanaşı, elmi geniş ictimaiyyətə çatdıracaq elmi-populyar ədəbiyyatların da nəşrini qarşısına məqsəd qoyub”.
Səbuhi Qəhrəmanov onu da qeyd edib ki, sözügedən Tədbirlər planına əsasən, müəssisənin işini müasir tələblər səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçiriləcək.