
-
- 7-04-2025, 10:10
- 226
Emin Ağalarov Qırğızıstan prezidenti ilə görüşdü - VİDEO
Qırğızıstan prezidenti Sadır Japarov azərbaycanlı müğənni və sahibkar Emin Ağalarovu qəbul edib.
News24.az xatırladır ki, Ağalarov artıq bir neçə gündür Qırğızıstanda qastrol səfərindədir və bu ölkədə tikinti layihələrini həyata keçirmək niyyətindədir.
“Ölkənin necə inkişaf etdiyini, yeni layihələrə və investisiyalara hazır olduğunu görmək çox sevindiricidir. Qəbul və qonaqpərvərliyə görə Qırğızıstan Prezidenti Sadır Japarova təşəkkür edirəm!”. Ağalarov bu sözləri sosial şəbəkədə yazıb./Bizim.Media