
-
- 7-04-2025, 12:23
- 272
“Yeni ulduz”dakı çıxışını paylaşıb bu sözləri yazdı
“Avroviziya” təmsilçilirəmizdən olan müğənni Aysel Adıgözəlzadə (Teymurzadə) arxiv paylaşımı ilə diqqət çəkib.
News24.az xəbər verir ki, sənətçi illər əvvəl iştirak etdiyi “Yeni ulduz” müsabiqəsindəki çıxışının videosunu instaqram səhifəsində yayımlayıb.
Həmin görüntülərə Aysel “Gəlin bir az keçmişə qayıdaq. Mən bu müsabiqədə iştirak edəndə cəmi 16 yaşım var idi. Kim xatırlayır bu günləri? Yazın, bölüşək xatirələri” yazarar izləyicilərinə səslənib.
Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var. /olay