SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının əsas prospekti sabah avtomobillər üçün bağlanacaq
    • 6-08-2019, 18:19
    • 667

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının əsas prospekti sabah avtomobillər üçün bağlanacaq

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq 07.08.2019 tarixində səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.